mobil versiya

Netanyahu HƏMAS-ın Qəzzada atəşkəs razılaşmalarından geri çəkildiyini bildirib



İsrailin baş naziri Benyamin Netanyahu Həması Qəzza zolağında atəşkəs razılaşmasının bəzi detallarından geri çəkilməkdə və İsrail hökuməti tərəfindən təsdiqini gecikdirməkdə ittiham edib.

Reportyor.az xəbər verir ki, Netanyahunun bəyanatında deyilir: “Həmas son dəqiqə güzəştləri tələb etmək üçün vasitəçilər və İsraillə əldə olunan razılaşmanın bəzi hissələrindən imtina edir. Vasitəçilər HƏMAS-ın razılaşmanın bütün elementlərini qəbul etdiyi barədə İsraili xəbərdar edənə qədər İsrail Nazirlər Kabineti toplanmayacaq”.

HƏMAS-ın yüksək rütbəli rəsmisi İzzət əl-Reşiq isə bildirib ki, qrup çərşənbə günü vasitəçilərin elan etdiyi atəşkəs razılaşmasına sadiqdir.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:34