Suşi emalı müəssisəsində yoxlama keçirilib
Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Faiq Yaşar oğluna məxsus suşi emalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Müəssisədə emal prosesinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, istifadə edilən qida məhsullarının üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı, ayrıca sahələrin təşkil edilmədiyi, işçi heyətin ikin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib və məhdudlaşdırıcı qərar qəbul olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:30