Nikahların sayı azalıb
Ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46146 nikah və 19597 boşanma halları qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:02