Suriyanın faktiki lideri Trampı təbrik edir, münasibətlərin yaxşılaşmasını səbirsizliklə gözləyir
Suriyanın faktiki lideri Əhməd Əl-Şara verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını səbirsizliklə gözlədiyini bildirib.
Reportyor.az bu barədə xarici emdiaya istinadla xəbər verir.
“Biz əminik ki, o, Yaxın Şərqə sülh gətirəcək və regionda sabitliyi bərpa edəcək liderdir”.
2011-ci ildə devrilmiş prezident Bəşər Əsədin vətəndaş müharibəsinə çevrilmiş demokratiya tərəfdarı etirazları yatırmasından sonra ABŞ, Böyük Britaniya, Avropa Birliyi və digərləri Suriyaya qarşı sərt sanksiyalar tətbiq edib.
Yanvarın əvvəlində Vaşinqton humanitar yardım axınını asanlaşdırmaq məqsədilə altı ay müddətinə Suriyadakı idarəedici qurumlarla əməliyyatlar üçün sanksiyalardan azad etdi.
Suriya bu addımı alqışladı, lakin onun bərpasını dəstəkləmək üçün sanksiyaların tamamilə ləğv edilməsinə çağırdı.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:44