Fransa heyvanlar üzərində istifadə etdiyi dərmanları bizim üzərimizdə də istifadə edirdi - Benjamin Klement
Fransa heyvanlar üzərində istifadə etdiyi dərmanları, bizim üzərimizdə də istifadə edirdi.
Bu barədə “Ka Ubuntu”Müstəqillik hərəkatının üzvü Benjamin Klement Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa Reyunyon xalqına heyvani rəftar göstərirdi.
“Qadınları əməliyyat edirdilər yalandan bunun sağlamlıq üçün olduğunu bildirirdilər. Lakin onların bətnindən uşaqlarını götürürdülər. Həmin uşaqları fərqli yerlərə göndərirdilər. Həmçinin onların adlarını, soyadlarını, doğum yerlərini dəyişdirirdilər. Beləliklə onların öz ailələri ilə əlaqələri tamamilə itirdi. Məcburi şəkildə minlərlə uşağı ailəsindən ayırırdılar”,- deyə o bildirib.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində Portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:29