"Macarıstan Azərbaycan rəssamlarının gözü ilə" adlı sərgi keçiriləcək
22 yanvar 1823-cü ildə Macarıstan tarixinin ən mühüm ədəbi personajlarından biri olan Ferenc Kölcsey Macarıstan Dövlət Himninin əlyazmasını tamamlayıb. 1989-cu ildən şeirin bitdiyi gün Macarıstan Mədəniyyəti Günü kimi qeyd olunur.
Reportyor.az xəbər verir ki, Arts Council Azerbaijan Arts və Macarıstanın ölkəmizdəki səfirliyi bu münasibətlə birgə sərgilərinin açılış mərasimini keçirəcək.
“Macarıstan Azərbaycan rəssamlarının gözü ilə” adlı kolleksiyada gənc azərbaycanlı rəssamların Macarıstanın zəngin mədəni irsinə dair baxışlarını, duyğularını və şərhlərini əks etdirən əsərləri yer alır. Əməyi keçən artistlər: Aynurə Mustafayeva, Röya Həsənova, Elşən Rzazadə, Leyli Museibova, Nailə Məhərəmova, Məryəm Qiblayeva, Leyla Orucyeva, Nərgiz Quliyeva, Ruslan Rüstəmov, Sevinc Gəncəli, Təranə Əliyeva, Kəngərli, Sevda Rüstəmova, Nigar Abbaszə Əliyeva.
Səfirlik bütün sənətsevərləri sərgini ziyarət etməyə və bu canlı mədəni tədbirin bir hissəsi olmağa dəvət edir.
Sərginin açılışı 29 yanvar saat 19:00-da, Ambassador Cultural Clubda, Mikayıl Müşviq küçəsi 8V (20 nömrəli məktəbin arxası) ünvanda baş tutacaq.
Giriş sərbəstdir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 19:06