mobil versiya

19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib



"2024-cü ilə 19 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib, 382 prokurorluq işçisi barəsində isə həvəsləndirmə tədbiri tətbiq edilib".

Reportyor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluqda keçirilən Geniş Kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilmiş, 7 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilmiş
Həmçinin, bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib.
Həmçinin, 2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib.
Bundan başqa, hesabat dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib (onlardan 3 nəfər “Tərəqqi” medalı ilə, 11 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib).

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-01-2025, 11:37