Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-01-2025, 17:37