mobil versiya

BƏƏ-dən olan iş adamı Livanda planlaşdırılan bütün investisiyaları ləğv edib



Əmirlikli iş adamı Xələf əl Habtur Livanda planlaşdırılan bütün investisiyaları ləğv edib

Dubay konqlomeratı Al Habtoor Groupun rəhbəri Xələf Əhməd Əl Habtoor davam edən qeyri-sabitliyə görə Livanda planlaşdırılan bütün investisiyaları ləğv edib.

Reportyor.az xəbər verir ki, X-də paylaşımında o, Livandakı bütün mülklərini və investisiyalarını satacağını bildirib.

O, həmçinin nə özünün, nə ailə üzvlərinin, nə də qrup menecerlərinin Livana səfər etməyəcəyini bildirib.

"Bu qərarlar yüngül qəbul olunmayıb, əksinə, oradakı vəziyyətin diqqətlə öyrənilməsi və dərin monitorinqinin nəticəsidir" deyib.

Al Habtoor qrupu, lüks otellərdən tutmuş ticarət mərkəzlərinə qədər maraqları olan çox milyard dollarlıq qlobal konqlomeratdır. Ötən ilin yanvar ayına olan məlumata görə, qrupun Livandakı investisiyaları təxminən 1 milyard dollar təşkil edib.

Keçən həftə Əl Habtoor yeni hökumət qurulduqdan sonra Livana sərmayə qoymaq niyyətini ifadə etmişdi.

ABŞ bazar günü bildirib ki, Livan və İsrail arasında atəşkəs razılaşması fevralın 18-dək uzadılacaq. Bu uzadılma İsrailin ABŞ-ın vasitəçiliyi ilə keçən il Hizbullah ilə müharibəni dayandıran atəşkəsdə nəzərdə tutulan bazar günü təyin olunan müddətdən sonra qoşunlarını cənubda saxlamaq qərarından sonra edilir.
KARUSEL / DÜNYA
Tarix: 28-01-2025, 13:35