mobil versiya

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub





Yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Reportyor.az
 Sumqayıt şəhər prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.

KARUSEL / HADİSƏ
Tarix: Dünən, 10:55