mobil versiya

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb



Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında görüş keçirilib.

Reportyor.az
xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektlərini, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, CICA, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Bayramov həmkarına regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə təhlükələr barədə məlumat verib.
Nazirlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Kompleks Tədbirlər Proqramı”nı da imzalayıb və təsdiq ediblər.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 12:13