FİFA Səudiyyə Ərəbistanından nə tələb edib?
FİFA 2034-cü ildə dünya çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanında stadionların tikintisi üçün işə götürülən işçilərin şəraitinə nəzarət etməkdən imtina edib.
Reportyor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yöndə FİFA-ya tələb 18 milyondan çox işçini birləşdirən Afrika sindikatlarından birindən gəlib.
FİFA prezidenti Canni İnfantino buna ehtiyac görmədiyini bildirib:
“Biz artıq Səudiyyə Ərəbistanından insan hüquqları standartlarına cavab verməsini və turnirlə bağlı bütün fəaliyyətlərə cavabdeh olmasını tələb edirik”.
Əvvəllər FİFA xüsusən də, Rusiyada və Qətərdə keçirilən dünya çempionatları zamanı bu məsələdə daha çox tələbkar olub.
KARUSEL / İDMAN
Tarix: Dünən, 13:31