mobil versiya

Ankarada nazirlərin 2-ci üçtərəfli görüşü başlayıb




Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın Xarici İşlər, Ticarət/İqtisadiyyat və Nəqliyyat nazirlərinin bu gün 2-ci üçtərəfli görüşü başlayıb.

Reportyor.az bu barədə XİN-ə istinadla xəbər verir.

İclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 13:49