Vaşinqtonda 64 sərnişini daşıyan sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər var
64 nəfəri daşıyan ABŞ sərnişin təyyarəsi gecə təlimi zamanı Black Hawk hərbi vertolyotu ilə havada toqquşduqdan sonra Vaşinqtonun Potomak çayına düşüb.
Reportyor.az xəbər verir ki, "CBS News"un məlumatına görə, bundan sonra 18 cəsəd çıxarılıb. Washington Post da adı açıqlanmayan mənbələrə istinadən polisin qarla örtülmüş Potomakdan çoxlu cəsəd çıxarmağa başladığını bildirib.
Daha əvvəl Reuters xəbər vermişdi ki, kiçik təyyarə çərşənbə günü Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında Potomak çayına düşüb və yanğınsöndürən qayıqlar hadisə yerində olub. Federal Aviasiya İdarəsi daha sonra Reyqan hava limanında bütün təyyarələrin yerə endirilməsini əmr etdi.
Reyqan Hava limanı yaxınlığında təyyarə ilə helikopterin toqquşması nəticəsində hələ ki sağ kiminsə tapılmadığı bildirilir.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:04