Bu ölkələrdən iri və xırdabuynuzlu heyvan məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşa Respublikasının Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviya Dövlətinin Zəviyə dairəsində dabaq, Nigeriya Federativ Respublikasının Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 16:13