mobil versiya

DTX Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib



Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.
İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 09:39