mobil versiya

Hindistan və Qətər beş il ərzində ticarəti ikiqat 28 milyard dollara çatdırmağı hədəfləyir




Hindistan və Qətər qarşıdakı beş ildə ticarətini iki dəfə artıraraq 28 milyard dollara çatdırmağı hədəfləyir və azad ticarət sazişinin imzalanmasını araşdırır.

Reportyor.az xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirliyi bildirib.

Bu açıqlama Hindistanın baş naziri Narendra Modi ilə Nyu-Dehlidə iki günlük səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Tani arasında danışıqlardan sonra verilib.

Xarici İşlər Nazirliyinin rəsmisi jurnalistlərə bildirib ki, tərəflər enerji sahəsində əlaqələrin genişləndirilməsi yollarını da müzakirə ediblər.
KARUSEL / DÜNYA
Tarix: 18-02-2025, 15:54