mobil versiya

DSMF-yə 37 min 551 nəfər pensiya ilə bağlı müraciət edib



Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 94 min 570 vətəndaş müraciəti qeydə alınıb.

Reportyor.az xəbər verir ki, bu barədə DSMF-nin mətbuat xidməti məlumat yayıb.

Müraciətlərdən 37 min 551-i pensiya, 22 min 445-i müavinət, 3 min 77-si Prezident təqaüdü, 20 min 613-ü ünvanlı dövlət sosial yardımı, 2 min 340-ı fərdi uçot və sosial sığorta, 360-ı dövlət icbari şəxsi sığorta və 8 min 184-ü isə digər istiqamətlərlə bağlı olub.

KARUSEL / SOSİAL
Tarix: 11-03-2025, 11:07