mobil versiya

"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinə şərti cəza verilib



2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər məhkəməsində Çingiz Mehdiyevin işi üzrə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmənin qərarı
Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bundan əlavə, onun əmlakına qoyulmuş həbs qərarı ləğv edilib.
İttiham və cinayət işi üzrə araşdırma
Qeyd edək ki, Çingiz Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham olunurdu.
Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
İttihama əsasən:
-Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş edərkən malların qiymətini süni şəkildə artırıb.
-Dövlət büdcəsindən ayrılmış vəsaitləri yaxın adamlarının adına olan şirkətlərə köçürüb.
-Qiymət şişirtməsi nəticəsində əldə edilən pullar qəsdən mənimsənilib.
-Seyşel adalarında anasının adına yaratdığı ofşor şirkəti yarışların keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.
-397 min 852 manat dövlət vəsaitini mənimsədiyi müəyyən edilib.
-Pul vəsaitlərini xarici banklara köçürərək qanunsuz leqallaşdırıb.
Cinayət Məcəlləsi üzrə ittihamlar və dövlət ittihamçısının mövqeyi
Çingiz Mehdiyev aşağıdakı maddələrlə ittiham olunurdu:
-179.3.2 – (külli miqdarda mənimsəmə),
-12.1, 193-1.3.2 – (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma),
-308.2 – (vəzifə səlahiyyətlərindən sui-istifadə),
-313-cü – (vəzifə saxtakarlığı).
İstintaq dövründə onun 100 min manatı dövlət büdcəsinə ödədiyi bildirilir.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Çingiz Mehdiyevin ziyanı ödəməsini nəzərə almağı və ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi.
Ziyan tam ödənilməmişdən əvvəl isə prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.(apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-03-2025, 12:34