mobil versiya

Çində kömür mədənində baş verən qəzada 5 nəfər ölüb, 9 nəfər yaralanıb




Çinin şimal-qərbindəki Lançjou şəhərində kömür mədənində karbon qazının partlaması nəticəsində 5 işçi ölüb, 9 nəfər yaralanıb.

Reportyor.az xəbər verir ki, Çinin Sinxua Xəbər Agentliyi bazar ertəsi bildirib ki, qəza işçilər kömür mədənində qazıntı platformasında olarkən baş verib və yaralılara hazırda təcili tibbi yardım göstərilir.

Çinin kömür hasilatı sənayesi, hökumətin təhlükəsizlik standartlarını təkmilləşdirmək səylərinə baxmayaraq, hər il ölüm və yaralanmalarla nəticələnən yüzlərlə qəza ilə dünyanın ən təhlükəli sənayelərindən biri hesab olunur.
KARUSEL / DÜNYA
Tarix: 14-04-2025, 14:35