İlham Əliyev Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısında xüsusi qonaq qismində dəvət məktubu ünvanlayıb.
Reportyor.az bildirir ki, müvafiq məktubu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Banqladeş Xalq Respublikasına səfəri çərçivəsində Baş müşavirə təqdim edib.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısı Xankəndidə baş tutacaq. Qurumun 16-cı Zirvə toplantısı 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilib.
KARUSEL / SİYASƏT
Tarix: 29-04-2025, 17:56