mobil versiya

AFFA bu klubları cərimələyib


AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Reportyor.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə meydan sahibləri 500 manat cərimə edilib.
“Kəpəz” – “Sumqayıt” görüşündə Gəncə təmsilçisinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.
“Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “sari-göylər” 1000 manat, oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün 1500 manat ziyana düşüb.
Oyununun 89-cu dəqiqəsində “Sumqayıt” qapıçısı Rəşad Əzizli və yarımmüdafiəçi Vüqar Mustafayev təcavüzkar davranışlarına görə birbaşa qırmızı vərəqə aldıqları üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıblar, klub isə 6000 manat məbləğində cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

KARUSEL / İDMAN
Tarix: 14-05-2025, 13:31