mobil versiya

Kreml: Putin-Tramp görüşü vacibdir, lakin əvvəlcədən hazırlıq lazımdır




Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş vacibdir, lakin xeyli əvvəlcədən hazırlıq tələb olunur və nəticə verməlidir.

Reportyor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov, Trampın Putinlə “biz razılaşdıqca tez görüşəcəyini” deməsindən sonra şərh edib.

Peskov belə bir görüşün Rusiya-ABŞ əlaqələrini, Ukraynanı və digər beynəlxalq məsələləri müzakirə etmək üçün vacib olduğunu bildirib.
KARUSEL / DÜNYA
Tarix: 16-05-2025, 14:22