Rusiyanın cənubunda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Rusiyanın cənubundakı Kalmıkiya Respublikasının Ustinski rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Reportyor.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi açıqlamasında bildirib ki, qəza Rusiyanın cənubundakı bir neçə şəhəri birləşdirən əsas yol olan Xəzər dənizi federal magistralında baş verib.
Açıqlamada, toqquşma zamanı içərisində 21 sərnişinin olduğu avtobusun Volqoqraddan Həştərxan istiqamətində hərəkət etdiyi bildirilib.
Hadisə yerinə təcili yardım qrupları gəlib, səlahiyyətlilər isə qəzanın səbəblərini və şəraitini araşdırmağa başlayıb.
KARUSEL / DÜNYA
Tarix: 19-05-2025, 11:01