mobil versiya

Bu il 70 min nəfər müəllim işləmək üçün müraciət edib





“2025-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanları ilə bağlı qeydiyyat prosesi artıq yekunlaşıb. Bu il rekord sayda – 70 minə yaxın namizəd sistemə müraciət edib”.

Reportyor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə bildirib.

O qeyd edib ki, bu göstərici müəllim peşəsinə olan marağın və cəmiyyət arasında bu sahənin nüfuzunun artmasının bariz ifadəsidir:
“İmtahanın test mərhələsinin iyulun ilk 15 günlüyündə təşkili nəzərdə tutulur. Dəqiq tarixlər və təşkilati məsələlərlə bağlı əlavə məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-06-2025, 10:43