mobil versiya

Son beş ayda DSMF-nin xərcləri 3 milyard 123 milyon manat olub






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 11 faiz və ya 327 milyon manat çox olmaqla 3 milyard 394 milyon manat təşkil edib.

Reportyor.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 580 milyon manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 123 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 270 milyon manat çoxdur.

KARUSEL / SOSİAL
Tarix: 17-06-2025, 12:06