mobil versiya

“Taxt-tac oyunları” serialının məşhur aktyoru koronavirusa yoluxdu



“Taxt-tac oyunları” serialında Tormund rolu ilə yadda qalan aktyor Kristofer Hivyu koronavirusa yoluxub.

“The Mirror” xəbər verir ki, aktyor hal-hazırda Norveçdə karantində olduğunu bildirib.

“Mənin təhlillərim müsbət çıxdı. Ailəmlə birgə təcrid olunmuşuq. Səhhətimiz yaxşıdır”, - deyə K.Hivyu qeyd edib.

Xatırladaq ki, son günlərdə koronavirusa Tom Henks, Olqa Kurilenko və İdris Elba kimi məşhur aktyorlar yoluxub.

KARUSEL / DÜNYA
Tarix: 17-03-2020, 10:00