Rəşad Nəbiyev Sultan Əhməd Əl-Caberlə ilə süni intellekt, kibertəhlükəsizliklə bağlı məsələləri müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.
Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:07