BƏƏ Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin elan edilməsini alqışlayıb

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh sazişinin elan edilməsini alqışlayaraq, bu addımı dialoqun uğurunu təmsil edən və mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərini möhkəmləndirən mühüm diplomatik mərhələ kimi qiymətləndirib.
BƏƏ-mim Dövlət naziri Əhməd Əl Sayeq Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın müdrikliyini və sülhə nail olmaq istəklərini yüksək qiymətləndirib. Əhməd Əl Sayeq sazişi hər iki tərəfin dinc həllər və dialoqa güclü qətiyyətinin və sarsılmaz sadiqliyinin təzahürü hesab edir, regional problemlərin həllində və mübahisələrin diplomatik vasitələrlə həllində kollektiv fəaliyyətin vacibliyini vurğulayıb.
Dövlət naziri bu müsbət və konstruktiv nailiyyətin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın sarsılmaz səylərini yüksək qiymətləndirib. BƏƏ-nin tərəfdaşlıq və dialoq körpülərinin möhkəmləndirilməsinə sadiqliyini və Qafqaz regionunda təhlükəsizlik və sülhün gücləndirilməsinə töhfə verən istənilən səyləri dəstəklədiyini bir daha qeyd edib.
Əhməd Əl Sayeq BƏƏ-nin Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə köklü əlaqələrini qeyd edərək, BƏƏ-nin hər iki xalqın inkişafı və firavanlığına nail olmaq və regionda inkişafı artırmaq üçün iki xalq arasında konstruktiv əməkdaşlığın yeni dövrünün başlamasının vacibliyinə inandığını vurğulayıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 11-08-2025, 11:15