mobil versiya

Braziliyanın cənubunda zavodda baş verən partlayışda 9 nəfər ölüb



Braziliya hökuməti Braziliyanın cənubundakı partlayıcı fabrikdə baş verən partlayışda 9 nəfərin - 6 kişi və 3 qadının öldüyünü açıqlayıb.

Yanğınsöndürmə idarəsinin sözçüsü partlayışın Parana əyalətinin paytaxtı Kuritibada baş verdiyini və təxminən 1,5 kilometr radiusda binaların dağılması ilə nəticələndiyini bildirib. Fabrikin sahibi olan Enax Brazil şirkətinin rəsmiləri hadisənin səbəbinin hələ də araşdırıldığını bildiriblər.

İctimai Təhlükəsizlik Dövlət katibi, polkovnik Hudson Leoncio Teixeira jurnalistlərə bildirib ki, hadisə yerində olan doqquz nəfər arasında sağ qalanların tapılmasına artıq ümid yoxdur.

Dağıntılar altında axtarış əməliyyatları bir neçə saat davam edib. Xəsarət alan 7 nəfər müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Reportyor.az







KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:03