Zəvvarlara qarşı dələduzluq edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov İnstaqram sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib. Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla əlaqələrini dayandırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyənləşdirilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 17:44