Bakıda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib.
Turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.

Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunan taekvondo avadanlıqlarının təqdimatı və iştirakçılar üçün maraqlı lotereya oyunu keçirilib. Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng çıxış proqramı nümayiş etdiriblər.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: Dünən, 15:18