mobil versiya

Quterreş: Dünyada 700 milyon insan həddindən artıq yoxsulluq içində yaşayır




BMT-nin Baş katibi Antonio Quterreş Qətərin Doha şəhərində keçirilən Sosial İnkişaf üzrə Qlobal Sammitdə çıxışı zamanı dünyanın Davamlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaqda yoldan çıxdığını bildirib. O, inkişaf etməkdə olan ölkələrin artan problemlərin həlli üçün lazımi dəstəyi almadığını vurğulayıb.

Quterreş dünyada təxminən 700 milyon insanın həddindən artıq yoxsulluq içində yaşadığını, milyonlarla insanın isə heç bir sosial müdafiədən məhrum olduğunu vurğulayıb və bu vəziyyəti "bugünkü dünyada təəssüf doğuran və qəbuledilməz" adlandırıb.

O, beynəlxalq ictimaiyyəti inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərini maliyyələşdirmək üçün hər il 1,3 trilyon dollar səfərbər etmək planı barədə razılığa gəlməyə çağırıb və qlobal həmrəyliyin və ədalətli maliyyələşdirmənin sosial ədalətə və davamlı inkişafa nail olmaq üçün əsas olduğunu vurğulayıb.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 4-11-2025, 17:13