Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi nəzarətə götürülüb - AQTA

Şəmkirdə baş verən hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ nəzarətə götürülüb.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırma davam edir.
XXX
11:36
09.11.2025-ci il tarixində saat 04:00 radələrində zəhərlənmə şübhəsilə 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. (Trend)
KARUSEL / HADİSƏ
Tarix: 10-11-2025, 12:31



























