Xorvatiya yığmasının oyununu Əliyar Ağayev idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev təyinat alıb.
38 yaşlı hakim DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Xorvatiya – Farer adaları oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi təyinat alıb.
Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:43



























