DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Bakıda İslandiya yığmasını qəbul edəcək.
8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Oyunu monteneqrolu FİFA referisi Nikola Dabanoviç idarə edəcək.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:08



























