mobil versiya

VI İslam Həmrəyliyi Oyunlarına bu gün yekun vurulacaq



Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına bu gün yekun vurulacaq.

Yarışın bağlanış mərasimi PNU stadionunda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 55 medal var. Onlardan 8-i qızıl, 18-i gümüş, 29-u isə bürünc mükafatlardır.
İdmançılarımız Oyunların son günündə 3 növdə (ciu-citsu, parapauerliftinq və sərbəst güləş) mübarizə aparırlar.

Reportyor.az

KARUSEL / İDMAN
Tarix: 21-11-2025, 11:06