mobil versiya

Şahmat: Azərbaycan çempionatının mükafat fondu açıqlanıb




Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan 1-ci dəstəsinin mükafat fondu məlum olub.

Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat verib.

Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək.
Azərbaycan 1-ci dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: 5-01-2026, 13:46