Şahmat üzrə Dünya Kubokunda dördüncü rayundun tay-breyki keçirilir
Avqustun 11-də Bakıda şahmat üzrə Dünya Kubokunun dördüncü raundunun (kişilər arasında 1/16 final, qadınlar arasında isə 1/8 final) tay-breyki keçirilir.
Azərbaycanlı şahmatçı Nicat Abasov tay-breykdə çıxış edəcək.
Belə ki, şahmatçımız rəqibi Peter Svidler (FİDE) ilə dördüncü raundun iki klassik partiyasını heç-heçə ilə başa vurub.
Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.
FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.
FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.
KARUSEL / İDMAN
Tarix: 11-08-2023, 17:12