mobil versiya

Mohammed Bin Rashid Al Maktoum Qlobal Su Mükafatı - 1 milyon ABŞ dolları



BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi  Əlahəzrət Şeyx Mohammed bin Raşid Al Maktoum su qıtlığına davamlı həllərin tapılması məqsədilə 1 milyon ABŞ dolları məbləğində qlobal mükafat təsis edib.

Mohammed Bin Rashid Al Maktoum Qlobal Su Mükafatı bərpa olunan enerji mənbələrindən istifadə etməklə suyun istehsalı, paylanması, saxlanması, monitorinqi, duzsuzlaşdırılması və təmizlənməsi sahəsində yeni və innovativ texnologiyaların tədqiqatını və inkişafını dəstəkləyir. Mükafat, yoxsulluqdan və fəlakətlərdən əziyyət çəkən icmaların üzləşdiyi problemlərin həllinə töhfə verməklə, BƏƏ-nin qlobal mövqeyini gücləndirməyi hədəfləyir.

İki ildən bir keçirilən bu mükafat dünyanın hər yerindən aparıcı şirkətləri, tədqiqat mərkəzlərini, institutları, gəncləri və innovatorları su qıtlığı probleminə davamlı və innovativ həllər tapmaq üçün müsabiqəyə dəvət edir. Mükafatın ilk 4 dövrü ərzində 43 müraciətçi — o cümlədən fərdlər, qabaqcıl təşkilatlar və tədqiqat mərkəzləri — bərpa olunan enerji ilə təmiz su istehsal edən innovativ modellərinə görə mükafatlandırılmışdır: "Biz bütün dünyadan bərpa olunan enerji əsasında təmiz su istehsal edən innovativ modellərə malik şirkətləri, tədqiqat mərkəzlərini, institutları, innovatorları və gəncləri Mohammed Bin Rashid Al Maktoum Qlobal Su Mükafatının 5-ci dövrünə müraciət etməyə dəvət edirik".




Uyğun Bərpa Olunan Enerji Mənbələri

Günəş
Külək
Okean
Biokütlə
Duzluluq Qradiyenti
Geotermal

Mükafat Kateqoriyaları

İnnovativ Layihələr Mükafatı
Böyük Layihələr Mükafatı
Kiçik Layihələr Mükafatı
İnnovativ Tədqiqat və İnkişaf Mükafatı
Milli Təşkilatlar Mükafatı
Beynəlxalq Təşkilatlar Mükafatı
İnnovativ Fərdi Şəxs Mükafatı
Fərqlənmiş Tədqiqatçı Mükafatı
Gənclər Mükafatı
İnnovativ Böhran Həlləri Mükafatı

Ətraflı məlumat üçün:

5-ci dövr üçün müraciət edin

Son müraciət tarixi:
30 aprel 2026

Mükafat fondu:
1 milyon ABŞ dolları

Müraciət:

www.mbrwateraward.ae/awards
Sorğular üçün e-poçt:
award@suqia.ae
Mohammed Bin Rashid Al Maktoum Qlobal Su Mükafatı

Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-01-2026, 15:50