BƏƏ-nin Azərbaycandakı səfiri birinci dərəcəli Zayed II ordeni ilə təltif edilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Mohamed bin Zayed Al Nahyan BƏƏ ilə akkreditə olunduqları qardaş və dost ölkələr arasında güclü və qabaqcıl iqtisadi və ticarət tərəfdaşlığı və əməkdaşlığının qurulmasında rollarını yüksək qiymətləndirərək, ölkənin on səfirini, o cümlədən BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri Mohammed Murad Al Bluşini birinci dərəcəli Zayed II ordeni ilə təltif edib.
Reportyor.az xəbər verir ki, bu barədə BƏƏ-nin ölkəmizdəki səfirliyi məluamt yayıb.
Bildirilir ki, Xarici İşlər Nazirliyinin ötən həftə təşkil etdiyi "Səfirlər və Xarici Ölkələrdə Nümayəndəlik Başçılarının Forumu"nun 19-cu sessiyası çərçivəsində Baş nazirin müavini, xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan mükafatları sahiblərinə təqdim edib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:36