mobil versiya

Keçən il 41 erkən nikahın qarşısı alınıb



2025-ci il ərzində qarşısı alınan erkən nikahların sayı məlum olub.

Bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il ümumilikdə Dövlət Komitəsi və Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 60 erkən evlilik halı ilə araşdırmalar aparılıb.
Aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı alınıb, 12 fakt isə təsdiqini tapmayıb.(trend)


KARUSEL / CƏMİYYƏT
Tarix: 6-01-2026, 13:48