mobil versiya

Kaliforniya meşə yanğınlarının zərəri 50 milyard dolları keçib




Almaniyanın təkrar sığorta şirkəti Munich Re-nin hesabatına görə, Los-Anceles, Kaliforniya yaxınlığında baş verən meşə yanğınları, maliyyə itkiləri baxımından 2025-ci ilin ən böyük təbii fəlakətinə çevrilərək 50 milyard dolları keçib

Bi barədə TASS  məlumat verib.

Hesabatda şirkətin aparıcı iqlim mütəxəssisi Tobias Qrimm bildirib ki, 2025-ci ildə baş verən təbii fəlakətlər arasında yanvar ayında Los-Ancelesdə baş verən meşə yanğınları ən böyük itkilərə səbəb olub. O, əlavə edib ki, qlobal istiləşmə dağıdıcı hava hadisələrinin sayının artmasına səbəb olur.

Munich Re-nin hesabatında fəlakətdən ümumi itkilərin təxminən 53 milyard dollar təşkil etdiyi göstərilir. Sığorta iddiaları 40 milyard dollara çatıb və 30 nəfər ölüb. Nəşr bildirir ki, 2025-ci ildə təbii fəlakətlərdən qlobal ziyan təxminən 224 milyard dollar təşkil edəcək.

Los-Anceles dairəsində meşə yanğınları 7 yanvar 2025-ci ildə yayılmağa başlayıb. Meteoroloqların fikrincə, yanğınların sürətlə yayılmasının səbəbi quru və çox küləkli hava olub. Rayonda yanğınların ümumi sahəsi 16.000 hektardan çox olub. Yanğınlar nüfuzlu məhəllələrdəki məşhurların mülkləri də daxil olmaqla 12.300-dən çox tikilini məhv edib. Dolayı səbəblər (tənəffüs yolları xəstəlikləri və s.) daxil olmaqla ümumi ölənlərin sayı 440 nəfər olaraq qiymətləndirilir.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: 14-01-2026, 14:41