Azərbaycan bu ölkələrlə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib

Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Beləliklə, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.
Həmçinin, Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.
Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"də öz əksini tapıb.
Saziş 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 14-01-2026, 17:47



























