mobil versiya

Transgender fəal bu ölkənin Hüquq və Ədliyyə Nazirliyinə üzv təyin edilib



Pakistanda transgender hüquqları fəalı Nəyyab Əli, 2021-ci il tarixli Təcavüzə Qarşı Mübarizə (İstintaq və Məhkəmə) Qanununa əsasən əvvəllər verilmiş bildirişə edilən dəyişiklikdən sonra Hüquq və Ədliyyə Nazirliyinə üzv təyin edilib.

Yerli media xəbər verir ki, bu, Hüquq və Ədliyyə Nazirliyi tərəfindən verilən bildirişə əsasən, təyinata edilən dəyişikliklə həyata keçirilib.

Bildiriş Pakistan Hökumətinin Bölmə Məmuru Məhəmməd Ömər Faruq tərəfindən imzalanıb və "The Gazette of Pakistan" qəzetinin növbəti sayında dərc olunması planlaşdırılır.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Dünən, 15:03