mobil versiya

Azərbaycan Premyer Liqasında yanvarın ən yaxşı qolu müəyyənləşib




Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/2026 mövsümündə “ayın qolu” layihəsinin yanvar üçün qalibinin adını açıqlayıb.

Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

“Qəbələ”nin futbolçusu Domi Massumonun dəqiq zərbəsi yanvarın ən yaxşı qolu seçilib.
Qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.(Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 6-02-2026, 17:43