mobil versiya

Tacikistana 2 milyondan çox xarici vətəndaş səfər edib




2025-ci ilin yanvar-dekabr ayları ərzində Tacikistana bütün məqsədlər üçün 2.104.700 xarici vətəndaş səfər edib.

Bunu Tacikistan Hökuməti yanında Turizmin İnkişafı Komitəsinin sədri Camşed Cumaxonzodanın mətbuat konfransında deyib.

O qeyd edib ki, ümumi sayda 1.784.400 nəfər turist kimi təsnif edilib, onlardan 1.634.500 nəfəri MDB ölkələrindən, 149.900 nəfəri isə MDB xarici ölkələrindəndir.

Bu günə qədər 191 turizm şirkəti qeydiyyata alınıb, onlardan 31-i Dağlıq Bədəxşan Muxtar Vilayətində, 93-ü Düşənbədə, 42-si Suğd Vilayətində, 15-i Xatlon Vilayətində və 10-u respublika tabeliyindəki şəhər və rayonlardadır.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Dünən, 09:00