2025-ci ildə Tacikistan 6 925,3 milyon dollar xarici investisiya cəlb edib

2025-ci ildə Tacikistan Respublikasının iqtisadiyyatı 6 925,3 milyon dollar xarici investisiya cəlb edib ki, bu da 2024-cü illə müqayisədə 1 798,6 milyon dollar və ya 35,1% çoxdur.
Yerli media xəbər verir ki, bu barədə İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Rəhimzoda bildirib.
"Keçən il Müstəqil Dövlətlər Birliyindən xarici investisiya axını 3 031,0 milyon dollar və ya ümumi məbləğin 43,8%-ni təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 067,3 milyon dollar və ya 54,4% çoxdur", - deyə komitə rəhbəri statistika təqdim edərkən bildirib.
Öz növbəsində, uzaq xarici ölkələrdən xarici investisiya axını 3894,3 milyon dollar və ya ümumi həcmin 56,2%-ni təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 731,3 milyon dollar və ya 23,1% çoxdur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-02-2026, 11:05



























