Azərbaycanla İran arasında nəqliyyat, enerji, ticarət əlaqələri müzakirə olunacaq

İran İslam Respublikasının Yol və Şəhərsalma naziri xanım Fərzanə Sadiq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-ci iclasında iştirak etmək məqsədilə, nazirliklərin, iqtisadi qurumların və ölkəmizin özəl sektorunun nümayəndələrindən ibarət nümayəndə heyətinə rəhbərlik edərək Bakıya gəlib.
Xanım Sadiq Bakıya gəlişi zamanı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, eləcə də İran İslam Respublikasının Azərbaycandakı səfiri tərəfindən qarşılanıb.
Səfər çərçivəsində xanım Sadiq Birgə Komissiyanın iclasında iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Bu səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, mövcud maneələrin aradan qaldırılması, habelə nəqliyyat, enerji, ticarət və mədəni əməkdaşlıq sahələri başda olmaqla, birgə iqtisadi layihələrin icrasının sürətləndirilməsi məsələləri daxildir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-02-2026, 09:23



























