mobil versiya

Azərbaycan millisi bu gün Şimali Makedoniyanı qəbul edəcək




Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda Şimali Makedoniya yığmasını qəbul edəcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.
A qrupunda Şimali Makedoniya 6 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.(Komanda.az)

Reportyor.az 





KARUSEL / İDMAN
Tarix: 2-03-2026, 11:41